91Ʒ

İngilis dili səviyyəsini inkişaf etdirmək istəyən müəllimlər üçün intensiv ingilis dili  proqramı

İngilis dili səviyyəsini inkişaf etdirmək istəyən müəllimlər üçün intensiv ingilis dili proqramı

15.05.2024

Qazax Müəllimlər Seminariyası /91Ʒ Universiteti Qazax Mərkəzi İngilis dili səviyyəsini inkişaf etdirmək istəyən müəllimlər üçün intensiv ingilis dili proqramı üçün qəbul elan edir.

Bu proqram 91Ʒ Universitetinin yüksək ixtisaslı müəllim heyəti tərəfindən həyata keçiriləcək.

İnkişaf proqramı əyani və onlayn formada həyata keçiriləcək. Dərslər (Akademik məqsədlər üçün İngilis dili – English for Academic Purposes) cari ilin iyun ayından başlayaraq 91Ʒ Universitetinin "Blackboard" öyrənmə platforması üzərindən onlayn (10 gün), Qazax Müəllimlər Seminariyası/91Ʒ Qazax Mərkəzində və 91Ʒ Universiteti kampusunda hər birində 10 gün olmaqla əyani şəkildə təşkil olunacaq.

Proqramın müddəti: 10 iyun 2024 – 20 iyul 2024

Proqram ödənişli əsaslarla həyata keçirilir: Ümumi məbləğ 600 AZN təşkil edir.

Proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.

İştirak üzrə tələblər və seçim meyarları:

  • Azərbaycanın şəhər və rayonlarında işləyən orta məktəb müəllim və direktorları;
  • Minimum 3 (üç) il fənn sahələrinin tədrisində pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları;
  • Namizədlərin ingilis dili bilikləri aşağı-orta səviyyədə (pre-intermediate) olmalıdır.

Namizədlərin və proqram iştirakçılarının seçim prosesi:

  • Namizədlərin müraciət ərizə formaları və təqdim etdiyi serifikatlar ilkin mərhələdə dəyərləndiriləcəkdir.
  • İlkin namizədlər arasından son 40 iştirakçını seçmək üçün (Pre-Intermediate ingilis dili səviyyəsini müəyyən etmək üçün) Qazax və Bakıda imtahanlar təşkil ediləcək. Bu imtahanlar ödənişlidir və ödəniş 50 AZN təşkil edir. Qeyd: Əgər iştirakçı qəbul olunarsa, bu məbləğ proqramın ümumi ödənişdən silinəcəkdir.

Proqramın yekun imtahanında yüksək nəticə göstərmiş (ən azı 80 faiz və daha yuxarı) iştirakçılar 2024–2025-ci tədris ili üçün “Bir Müəllimin Manifesti” təhsil və liderlik proqramına birbaşa qəbul olunacaqdır. Yekun say müsabiqə yolu ilə müəyyənləşdiriləcəkdir.

Tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti

  2. İngilis dili sertifikatları (əgər varsa)

əəə&Բ;29 may 2024-cü il tarixinədək qəbul olunacaq. Əlaqə üçün: bmm@ada.edu.az  

Qeyd: Onlayn ərziəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq.

91Ʒ Universiteti sınanmış təcrübəsini Azərbaycanın regionları ilə bölüşməkdən qürur duyur!