Martın 4-də 91Ʒ Universitetində 1918-1920-ci illərdə çap edilmiş “Azərbaycan” qəzeti ə XIX əsrin axırlarında işıq üzü görmüş iki hissədən ibarət “Vətən dili” dərsliyinin latın qrafikasında nəşrlərinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan 91Ʒ Universitetinin rektoru, səfir Hafiz Paşayev bu ali təhsil ocağında ilk gündən Azərbaycan tarixinə diqqət yetirildiyini deyib. Rektor Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfransların keçirilməsini ə çoxsaylı nəşrləri diqqətə çatdırıb.
xatırladan rektor 91Ʒ Universitetinin bu sahədə gördüyü işlərdən də söz açıb ə ötən il Seminariyanın tarixi binasının bərpasını ə 91Ʒ Universitetinin “Bir müəllimin manifesti” təhsil proqramının başlanmasını yada salıb.
Latın qrafikasında təqdim edilən nəşrlərin vacibliyinə toxunan rektor Paşayev qeyd edib ki, “Azərbaycan” qəzetinin 450-yə yaxın nömrəsi indiyədək tam külliyyatda ərəb əlifbasından latın əlifbasına transliterasiya edilməyib. Bu istiqamətdə ayrı-ayrı təşəbbüslər olsa da, bütöv şəkildə nəşrlər ortaya qoyulmayıb. Bu baxımdan, 1918-1920-ci illərdə işıq üzü görmüş “Azərbaycan” qəzetinin seçmə saylarının çapı ə qəzetin tam külliyyatının hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatı 20 cilddə olacaq. Hazırda I ə II cild ictimaiyyətə təqdim olunur. Birinci cild 1918-ci ilin sentyabr-oktyabr aylarını, II cild 1918-ci ilin noyabr ayını əhatə edir.
Diqqətə çatdırılıb ki, ənənəni davam etdirmək məqsədilə 91Ʒ Universiteti I hissəsi 1882, II hissəsi 1888-ci illərdə çap edilmiş “Vətən dili” dərsliyinin də bütövlüklə, yəni hər iki hissəsi bir kitaba daxil edilməklə müasir oxucu üçün anlaşılan dildə təqdim olunmasını zəruri hesab edib ə onu da nəşr etdirib.
Tədbirdə “Azərbaycan” qəzetini transliterasiya edənlər - filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağoğlu, “Vətən dili” kitabını transliterasiya edən, qeyd ə şərhlərin müəllifləri – Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, Sayman Aruz çıxış ediblər.
Təqdimat zamanı hər iki nəşrin aktuallığından bəhs edilib. Nəzərə çatdırılıb ki, “Azərbaycan” qəzeti transliterasiya edilərkən rast gəlinən xəbərlər, xüsusən ictimai-siyasi hadisələrlə bağlı informasiyalar bu günümüz üçün də aktualdır. Çıxışçılar əlaə ediblər ki, 91Ʒ Universitetinin latın dili qrafikası ilə təqdim etdiyi “Vətən dili” kitabı vaxtilə Cənubi Qafqazda azərbaycanlı uşaq ə müəllimlər üçün mükəmməl dərs əsaiti kimi əəzsiz mövqeyə malik olub.
“Vətən dili” dərsliyi həm Qori, həm də onun varisi olan Qazax Müəllimlər Seminariyasının rəsmi dərsliyi olub.
Kitab strukturunu mövcud olmuş rus dərsliyi əsasında tapsa da, vaxtilə tərtibçilər onu tam milliləşdirməyə nail olublar. Azərbaycan dilinin gözəl bilicisi, Azərbaycan xalqını dərindən seən Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov bu strukturu tərtib edərkən o dövrdə yaşayan Azərbaycan ziyalılarını dərsliyin ərsəyə gəlməsinə cəlb etmək üçün səylərini əsirgəməyiblər.
Təqdimatda dövlət ə hökumət rəsmiləri, elmi ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə, həmçinin Xalq şairi Nəriman Həsənzadə, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, tarixçi alim İradə Bağırova, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Musa Qasımlı ə başqaları çıxış ediblər.
Çıxışlarda bu kitabların nəşri Azərbaycanın elmi, ictimai, mədəni həyatında mühüm hadisə kimi dəyərləndirilib. Vurğulanıb ki, digər tarixi nəşrlər də transliterasiya olunmalı ə cəmiyyətə çatdırılmalıdır.
“Azərbaycan” qəzetinin I cildini, II cildini ə Vətən Dili kitabını yükləyə bilərsiniz.